BAKI, 2 dekabr. TELEQRAF
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması təşkilatın tərəfdaşları, o cümlədən Ermənistan üçün çox vacibdir", - o deyib.
Kallas qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar sərtdir, lakin Aİ ölkələri öz tərəfdaşlarının da bu məhdudiyyətlərə qoşulmasını istəyirlər.
O həmçinin bəyan edib ki, Avropa İttifaqı Rusiyaya qarşı mübarizə də daxil olmaqla Ermənistana 50 milyon avro ayıracaq.