Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) bəyanatına baxmayaraq, hələ də İrəvanı öz müttəfiqi hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə məlumat verib.

"Təşkilat Ermənistan XKX-nin bəyanatından xəbərdardır. Biz hələ də Ermənistanı müttəfiq kimi qiymətləndiririk və İrəvanla işçi rejimində əməkdaşlıq etməyə davam edirik", - mənbə bildirib.

Xatırladaq ki, Ermənistan XKX dünən yayımladığı hesabatında 2025-ci ildə İrəvanın KTMT-dəki iştirakının dondurulmasına səbəb olan məsələlərin aradan qalxacağı ehtimalını az hesab edir.