Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefonla ikitərəfli məsələləri və Avrasiya İqtisadi Birliyinin (AİB) gündəliyini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan Respublikasının Avrasiya İqtisadi Birliyində sədrliyinin yekunlarını, AİB çərçivəsində qarşıda duran və Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur.