Ermənistanın subasma nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İctimai Televiziyaya açıqlamasında deyib.

Qeyd edək ki, Ermənistanın şimal zonasında güclü yağışlardan dolayı baş verən daşqınlar ciddi fəsadlar törədib.