
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün geri çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
“Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, - diplomat bildirib.
TASS yazır ki, Ermənistan Baş naziri Nikol Paşinyan son vaxtlar Moskvanı mütəmadi tənqid edir. Xüsusilə, o, İrəvanın KTMT-dəki iştirakını dayandırıb, həmçinin 1992-ci ildən bəri paytaxtdakı “Zvartnots” hava limanında olan Rusiya sərhədçilərinin çıxarılmasını tələb edib.