"Ermənistanda bir çox ailə övladları hərbi xidmətə getməsin deyə, mühacirət ediblər".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda mövcud demoqrafik vəziyyət dəyərləndirilərkən övladını hərbidən qurtarmaq üçün mühacirət edənlərin sayı nəzərə alınmır.