BAKI, 3 sentyabr. TELEQRAF

Azərbaycan və Macarıstan Hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun növbəti protokolu imzalanıb.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, sənəd İşçi Qrupunun onlayn formatda 5-ci iclasında imzalanıb.

İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilib.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım İzabella Feierabend isə bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif istiqamətləri uğurla inkişaf edir.