AĞDAM, 5 aprel. TELEQRAF

Bu gün işğaldan azad olunmuş Ağdam, Xankəndi, Xocalı, Şuşa və Kəlbəcər rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, azad olunmuş ərazilərdə keçrilən
imtahanda ümumilikdə 202 şagird iştirak edir.

Şagirdlər 5 məktəb binasında imtahan verir:

Xankəndi şəhəri, 4 №-li tam orta məktəb – 91 şagird
Xocalı şəhəri, 1 №-li tam orta məktəb – 45 şagird
Şuşa şəhəri, 1 №-li tam orta məktəb – 23 şagird
Kəlbəcər şəhəri, 1 №-li tam orta məktəb – 8 şagird
Ağdam rayonu, Kəngərli kənd tam orta məktəb – 35 şagird

Qeyd edək ki, Kəlbəcər şəhəri və Ağdam rayonu Kəngərli kənd məktəbində buraxılış imtahanları bu il ilk dəfə keçirilmişdir.

İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Prosesin düzgün idarə olunması üçün DİM-in operativ qərargahı fəaliyyət göstərib, bina nümayəndələri, imtahan rəhbərləri və zal nəzarətçiləri vasitəsilə imtahan prosesinə tam nəzarət olunub. Şagirdlər öz biliklərini nümayiş etdirmək üçün zəruri şəraitlə təmin olunublar.