BAKI, 9 dekabr. TELEQRAF

“Dəyişiklik sinif otağında, məktəbin özündən başlayır. Bu nəzarətdən daha çox mədəniyyət mədəniyyəti gətirmək, əməkdaşlıq mühitini formalaşdırmaqdan başlayır”

Teleqraf xəbər verir ki, bu sözləri “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda elm və təhsil nazirin müavini Kərim Kərimzadə deyib.

O qeyd edib ki, Azərbaycan müəllimləri üçün 80 min nəfəri əhatə edən müəllim sertifikasiyası həyata keçirilib:

“Addım-addım, sistemli şəkildə görülən bu işlər Azərbaycan təhsilinin növbəti islahatlara hazırlanmasına imkan yaradıb.

İslahatların mərkəzində təhsilverənlərimiz dayanır. Çünki hər təhsil sisteminin gücü onun müəllimindədir.
Keyfiyyətli məktəb güclü müəllimdən başlayır. Bu proses isə hansı mərhələdə başlayırsa-başlasın, mütləq şəkildə dəstəkləyici məktəbdə tamamlanır”.