BAKI, 4 dekabr. TELEQRAF
“Yusif Məmmədəliyini elmi fəaliyyətinin nəticələri bu gün də davam edir. Üzvi kimya sahəsinə verdiyi mühüm töhfələr, xüsusilə neft kimyasının sintezi sahəsində tətbiq etdiyi inqilabi metodlar qlobal problemlərə yeni həll yolları gətirib”.
Teleqraf xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransda videomüraciəti zamanı bildirib.
O vurğulayıb ki, Yusif Məmmədəliyev Azərbaycanın kimya üzrə innovasiya mərkəzi kimi tanınmasında böyük rol oynayıb:
“Onun elmi vizyonu bir çox elmi müəssisələrin formalaşmasına təkan verib. O, təkcə kimyaçı deyil, həm də maarifçi alim idi. Azərbaycan dili, ədəbiyyatı və əlyazmalarının qorunmasına da xidmət edib. Bu gün böyük alimi yad edərkən, Azərbaycan hökumətinə və elmi ictimaiyyətinə də təşəkkür edirik”.