BAKI, 2 dekabr. TELEQRAF
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə bir sıra Peşə Təhsil Mərkəzlərinin (PTM) tikintisi və yenidən qurulması nəzərdə tutulub”.
Teleqraf xəbər verir ki, bu fikirləri “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli deyib.
O bildirib ki, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl Dövlət Peşə Təhsil Mərkəzlərinin tikintisi nəzərdə tutulub:
“Bu il Şuşa Dövlət Peşə Təhsil Mərkəzi əsaslı təmir olunub. Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzinin isə tikintisi davam edir. Zəngilan, Qubadlı, Ağdam Dövlət Peşə Təhsil Mərkəzlərinin isə layihələndirmə işləri davam edir”, - deyə o bildirib.