BAKI, 17 noyabr. TELEQRAF
“Bəzi kənd məktəblərində bır sıra fənlər üzrə müəllim çatışmazlığı var”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir: "Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir".
Nazir vurğulayıb ki, saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq:
“Bu təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Problemin həlli təklifi irəli sürülüb. Bu problemin zamanla həllini tapacağına inanırıq”.