BAKI, 17 noyabr. TELEQRAF

“Məqsədimiz budur ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin”.

Teleqraf xəbər verir ki, buni elm və təhsil naziri Emin Ərmullayev jurnalistlərə açıqlamasında deyib

Nazir bildirib ki, bu məsələ barədə 2027-ci ilin sentyabrından daha tez bir müddətdən danışılmır:

“Bunu aydın şəkildə başa düşmək lazımdır. Əsas diqqət verilməli olan məsələ işin mahiyyətidir. Hazırda konseptual mərhələdəyik. Mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik”.

Emin Əmrullayev qeyd edib ki, yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimain məlumatlandırılması planlaşdırılır:

“Bu barədə xüsusi şəkildə geniş izah veriləcək ki, müxtəlif spekulyasiyalara , əsassız şərhlərə ehtiyac qalmasın”.