BAKI, 13 noyabr. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası istiqamətində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və maliyyə dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və məskunlaşması nəzərdə tutulan məcburi köçkünlərin qeyri-formal və informal yollarla əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir.
Bu barədə Teleqraf-a agentlikdən məlumat verilib.
Bildirilib k, qiymətləndirmə prosesi nəticəsində sahib olduqları peşə ixtisası üzrə imtahanlarda müsbət nəticə göstərən namizədlərə müvafiq peşə sənədi təqdim ediləcəkdir.
Qeyd edək ki, sözügedən sənəd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluq imkanlarının artırılması və zəruri kadr potensialının formalaşdırılmasıdır.
Aşağıda qeyd olunan ixtisaslar üzrə müraciətlərin qəbulu davam edir.
İxtisaslar:
Aşpaz
Avtomobil mühərriklərinin yığıcısı
Bərbər
Bərbər-vizajist-manikürçü
Dayə
Dərzi
Elektrik qaz qaynaqçısı
Əməliyyatçı-mühasib
Kompüter operatoru
Mühafizəçi
Qənnadçı, şirniyyatçı
Təmirçi-çilingər
Müraciət üçün tələblər:
ümumi orta və ya tam orta təhsil sənədi (şəhadətnamə və ya attestat)
minimum 2 il iş tərcübəsi (rəsmi və ya qeyri-rəsmi)
Qeyd: Layihə çərçivəsində kurs və ya təlim nəzərdə tutulmayıb. Tələblərə uyğun namizədlər qiymətləndirməyə (imtahanlara) cəlb olunacaq.