BAKI, 24 sentyabr. TELEQRAF

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2025-ci il 11 nömrəli buraxılışında düzəliş edib.

DİM-dən Teleqraf-a bildirilib ki, jurnalın 1-ci səhifəsində, ixtisas seçimi elanının 5-ci bəndində qeyd olunduğu kimi, 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisası üzrə 1 plan yeri vakant qalıb.

Dəyişikliyə görə, həmin ixtisası müsabiqə şərtlərini ödəyən bütün abituriyentlər seçə bilərlər.