BAKI, 1 sentyabr. TELEQRAF

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə indiyə qədər 17494 elektron ərizə qəbul edilib.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək davam edəcək.

Elektron ərizələrin qruplar üzrə hazırki statistikası isə belədir:

Birinci qrup - Azərbaycan dili bölməsi üzrə 188, rus dili bölməsi üzrə 12, cəmi 200;

İkinci qrup – Azərbaycan bölməsi üzrə 375, rus bölməsi üzrə 32, cəmi 407;

Üçüncu qrup – Azərbaycan bölməsi üzrə 561, rus bölməsi üzrə 88, cəmi 649;

Dördüncü qrup – Azərbaycan bölməsi üzrə 42, rus bölməsi üzrə 11, cəmi 53

Beşinci qrup – Azərbaycan bölməsi üzrə 4, rus bölməsi üzrə 2, cəmi 6;

Orta ixtisas (11 illik təhsil bazasından) – Azərbaycan bölməsi üzrə 15728, rus bölməsi üzrə 747, cəmi 16475.

Qeyd edək ki, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.