BAKI, 28 avqust. TELEQRAF

Bu il kolleclərə qəbulda keçid balı yüksələcək.

Bunu Teleqraf-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərin sayını və kolleclərdəki plan yerlərini müqayisə edəndə qəbul ballarının artacağı gözlənilir.

"Müsabiqədən kənarda qalan abituriyent sayının çoxluğu kolleclərlə bağlı vəziyyəti dəyişə bilər. Hazırda 3-cü qrupda 10 mindən yuxarı kəsilmiş abituriyentlərin və digər ixtisas qruplarında müsabiqədən keçə bilməyən abituriyentlərin kolleclərə müraciət edəcəyini nəzərə alsaq, keçid ballarında 10-15-20 bala qədər artım olacağı proqnozlaşdırılır", - ekspert qeyd edib.