BAKI, 20 avqust. TELEQRAF
86 min 468 abituriyent (subbakalavr) universitetlərə ixtisas seçimi üzrə ərizəsini təsdiq edib.
Teleqraf xəbər verir ki, ən çox ərizə sayı 3-cü, ən az ərizə sayı isə 4-cü qrup üzrə təsdiqlənib.
Qruplar üzrə ümumi statistika belədir:
Birinci qrup azərbaycan bölməsi üzrə 22 min 210, rus bölməsi üzə 1710 nəfər olmaqla cəmi 23 min 920 abituriyent;
İkinci qrup azərbaycan bölməsi üzrə 17 min 684, rus bölməsi üzrə 1359 olmaqla cəmi 19 min 043;
Üçüncü qrup azərbaycan bölməsi üzrə 22 min 134, rus bölməsi üzrə 2284 olmaqla cəmi 24 min 418;
Dördüncü qrup azərbaycan bölməsi üzrə 6 min 320, rus bölməsi üzrə 647 olmaqla cəmi 6 min 967;
Beşinci qrup azərbaycan bölməsi üzrə 14351, rus bölməsi üzrə 2 min 167 olmaqla cəmi 16 min 518 nəfər abituriyent ərizəsini təsdiq edib.
Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.