BAKI, 12 avqust. TELEQRAF
Bu gün 2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Bu barədə Teleqraf-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqə çərçivəsində ölkə üzrə 1561 vakant yer elan edilib. Peşə təhsili müəssisələri üzrə ümumilikdə 459 ixtisas fənn müəllimi, 987 istehsalat təlimi ustası və 115 yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vakansiyası elan olunub.
Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 4751 namizəddən 2434 nəfər imtahanda iştirak etmək hüququ qazanıb, 1922 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak edib.
150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.
Qeyd edək ki, imtahanda uğur qazanan müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən uğurla keçənlər sentyabrın birinci yarısında işə qəbul ediləcəklər.
***
11:54
Hazırda 2025-2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilir.
Bu barədə Teleqraf-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 4751 namizəddən 2434 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.
İmtahanda iştirak edən 1922 namizəd vakant yerlər uğrunda mübarizə aparır.