BAKI, 7 avqust. TELEQRAF
"20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub".
Teleqraf xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova deyib.
O qeyd edib ki, qeydiyyat prosesində çətinlik yaşayan valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.
"2025-2026-cı il üzrə məktəbəqədər hazırlıq üçün 5 yaşı tamam olan uşaqlar qeydiyyatdan keçə bilər".