BAKI, 30 iyul. TELEQRAF

"Ali təhsil müəssisələrinə ixtisas seçimlərinin aparılması avqust ayının ortalarına planlaşıdırılır".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələ qabiliyyət imtahanları və apellyasiyalar davam edir: "İxtisas seçimlərinin aparılması başlayandan sonra 10 gün davam edəcək".

V.Misirov onu da qeyd edib ki, magistratura pilləsi üzrə boş qalan yerlər üçün də ixtisas seçimi avqustun ortalarında başlayacaq.