BAKI, 29 iyul. TELEQRAF

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Bu barədə Teleqraf-a Təhsil İnstitutunun nəzdinə İnsan Resursları Mərkəzindən bildirilib.

Məlumata görə, 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək namizədlər www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.