BAKI, 18 iyul. TELEQRAF
"Yüksəliş" müsabiqəsinin 5 ilin nəticəsi olaraq ilk dəfə Kadrların Ehtiyat Bankı formalaşdırılıb.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Yüksəliş" müsabiqəsi Cənab Prezidentin insan kapitalı siyasətinin əsaslarından birinə çevirilib.
"Həmçinin 200-dən artıq ekspert qrupumuz da formalaşıb. Bu qrup ekspert və mütəxəssislərdən ibarətdir", - F.Hacıyev əlavə edib.