BAKI, 10 iyul. TELEQRAF

Kimya fənni üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına aydınlıq gətirilib.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, imtahanlardan sonra testlər təhlil edilir.

"Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Sertifikasiya ilə aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını və buna qarşı çıxmasını anlamıram.

20 min müəllim sertifikasiyadan keçib. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatlaşma prosesi düzgün deyil.

Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T-test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək", - nazir əlavə edib.