BAKI, 10 iyul. TELEQRAF
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmədə elmi-metodik və psixometrik təhlil nəticəsində imtahanda istifadə edilmiş 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, bunlar Azərbaycan dili üzrə 1, ədəbiyyat üzrə 2 sual olub.
“22 nəfərin nəticəsi 0–29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30–50 aralığından 51+ aralığına keçir”, - nazir əlavə edib.