BAKI, 10 iyul. TELEQRAF

"Kollec məzunu olan müəllimlərin nəticələri aşağıdır".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, buna görə bir müddətdir kolleclərdə müəllim hazırlığı dayandırılıb.

"Vaxtilə kolleclərdə aparılan müəllimlərin hazırlığının mənfi nəticələrini indi hiss edirik", - nazir əlavə edib.