BAKI, 10 iyul. TELEQRAF
"İndiyədək 7318 müəllim sertifikasiyada uğursuz nəticə göstərib və onların fəaliyyətinə xitam verilib".
Teleqraf-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, 2022-ci ildən başlayan sertifikasiya prosesində ümumilikdə 39,1 min nəfər qənaətbəxş, 17,4 min nəfər isə yüksək nəticə göstərib.
"Növbəti ildə keçiriləcək sertifikasiya imtahanı ilə bütün müəllimlərin bu prosesdən keçməsi tamamlanacaq", - E.Əmrullayev söyləyib.