BAKI, 3 iyul. TELEQRAF

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günü yekunlaşdı.

Bu barədə Teleqraf-a İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, test imtahanı mərhələsinin ilk gününün II seansına 4 626 namizəd dəvət olunub və 83% davamiyyət qeydə alınıb. Ümumilikdə 3 iyul tarixinə 9 201 nəfər dəvət edilib və test imtahanlarının I günü üzrə 81% davamiyyət qeydə alınıb.

***

14:56

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Bu barədə Teleqraf-a İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 65 572 namizədin iştirak edəcəyi test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83 % davamiyyət qeydə alınıb.

Məlumat üçün bildiririk ki, bu gün keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunub. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılıb və itirilmiş vaxtın bərpası təmin edilib.

Qeyd edək ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək.