BAKI, 24 iyun. TELEQRAF
“Bu qrup müəllim əvvəlki illərdə də sertifikasiya prosesində iştirak ediblər. Testlərin çətinlik səviyyəsində fərqlər ola bilər”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyatı fənni ilə bağlı müəllimlərin narazılığına münasibət bildirərkən deyib.
O bildirib ki, sertifikasiya prosesi ilə bağlı müəyyən təhlillər aparılacaq və nəticələr obyektiv şəkildə dəyərləndiriləcək:
“Müəllimlərdən səbrli olmalarını xahiş edirik. Sertifikasiyada müəllimlərin müraciətinə baxılacaq. Təhlillər nəticəsində fərq görsək, müəyyən qərarlar qəbul edə bilərik. Müəyyən təhlillərimiz olacaq”.