BAKI, 19 iyun. TELEQRAF

2025/2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesində prioritet Azərbaycan bölməsi üzrə Gəncə şəhərində yerləşən ümumi təhsil müəssisələrində 08 iyul – 22 iyul, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində 09 – 22 iyul tarixlərində, rus bölməsi üzrə Bakı və Gəncə şəhərində 10 iyul – 24 iyul tarixlərində tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin müəssisələrin siyahısı ilə bu link (https://bit.ly/mhprioritet) vasitəsilə tanış olmaq mümkündür.

Tədris digər dilllərdə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi aparılmır.

Qeyd edək ki, prioriteti olmayan övladları üçün üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə Azərbaycan bölməsi üzrə 22 iyul saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 24 iyul saat 11:00-dan etibarən sərbəst qaydada sorğu yerləşdirilə bilər. Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.