BAKI, 17 iyun. TELEQRAF

"Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az müddətdə işləyən qadınlar (uşağını təkbaşına böyüdənlər də daxildir), ilk dəfə işə qəbul olunan müəllimlər — 3 il müddətində sertifikasiyadan azaddırlar”

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, eləcə də səriştə və nəticəyə əsaslanan, diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənnlərindən sertifikasiya imtahanıdır.

İyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.