BAKI, 12 iyun. TELEQRAF

Sertifikatlaşdırma prosesinə tam hazırıq.

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

O bildirib ki, hər il mərkəzlərin sayı artır.

"Bu il Naxçıvanda da mərkəzimiz fəaliyyət göstərəcək. Bütün hazırlıqlar başa çatdırılıb. Ümumilikdə bu il 44 mərkəz fəaliyyət göstərəcək və prosesin idarəsi üçün hər cür şərait yaradılıb".

Qeyd edək ki, müəllimlərin ilkin və təkrar sertifikatlaşdırma prosesi 18-25 iyun tarixlərində həyata keçiriləcək. Sertifikasiya imtahanına coğrafiya, informatika, kimya, fizika və biologiya müəllimləri cəlb olunacaq.