BAKI, 23 may. TELEQRAF

Bu gün saat 15:00-dan etibarən bağçalara sənəd qəbulu müvəqqəti dayandırıldı.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentiyindən məlumat verilib.

"2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıqla əlaqədar olaraq mayın 23-ü saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı", - məlumatda bildirilib.

Qeyd olunub ki, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.