BAKI, 23 may. TELEQRAF
"Mexaniki səhv edən uşaqların qiymətinə baxırıq. Bu humanistlikdir, yoxsa bizim səhvimizdir? Gələn ildən apellyasiya müraciət qaydaları sərtləşəcək. Əsaslandırılmamış apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
“Boş vərəqlər, xəttin oxunmaması kimi müraciətlər var. Yazı işlərinin yoxlanılmasına çox böyük resurslarımız sərf olunur. Bu qaydalar tənzimlənməlidir. Başqa yolumuz yoxdur.
Yazı işlərinin sayı az olanda apellyasiyaya müraciət edən abituriyentlərlə telefon əlaqəsi saxlayırdıq. Bu zaman danışığı kəsmək mümkün olmurdu", - DİM sədri qeyd edib.