BAKI, 23 may. TELEQRAF
Qarabağ Universitetində imtahan verəcək məzunların valideynləri də Xankəndiyə gedə biləcək.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
"Qarabağ Universitetində imtahan verən şagirdlər və onları müşayiət edən valideynlər üçün heç bir problem olmayacaq. Onlar üçün portal açılacaq".