BAKI, 17 may. TELEQRAF

Bu gün ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Hüqo Qevara ABŞ universitetlərinin 30-dan çox məzunu, tələbələr və onların valideynləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

H. Qevara Azerbaycan tərəfindən təşkil olunmuş illik ABŞ Məzunlar Sərgisində iştirak edib.

Sərgidə iştirak edən səfirlik nümayəndələri və ABŞ universitetlərinin azərbaycanlı məzunları öz təcrübələrini bölüşüb və ABŞ-də təhsil almaq istəyən tələbələrə dəyərli tövsiyələr veriblər.

Qeyd edək ki, hazırda ABŞ 1,1 milyondan çox əcnəbi tələbə üçün əsas təhsil istiqaməti olaraq qalır.