
BAKI, 3 mart. TELEQRAF
Yevlax rayonunun R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin 11-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Rüfət Şirinli yaşadığı evin həyətində özünü asıb.
Adıçəkilən kəndin icra nümayəndəsi Elxan Səfərov Teleqraf-a bildirib ki, şagirdin intiharına səbəb buraxılış imtahanında az bal toplaması olub.
Onun sözlərinə görə, şagird Polis Akademiyasına qəbul olmaq istəyirmiş: "Martın 2-də buraxılış imtahanı verib və 100-dən çox bal toplayıb. Amma qarşısına daha çox bal yığmağı məqsəd qoyubmuş. Çünki istədiyi ali məktəbə qəbul olmaq üçün yüksək bal lazımdır. Təəssüf ki, az bal topladığına görə özünə qəsd edib".
İcra nümayəndəsi söyləyib ki, Rüfət sakit təbiətli, mədəni gənc idi:
"Yaxşı uşaq idi, dərslərini də yaxşı oxuyurdu. Anası da müəllimdir. Ona ailəsindən heç bir təzyiq olmayıb. Ailədə iki qız, bir oğlan olublar".