İraq Şam İslam Dövləti (İŞİD) 50 girovu azad edib.

Almaniya Xarici İşlər Nazirliyi və İraq hökumətinin birgə fəaliyyəti nəticəsində məşhur Siemens şirkətinin 50 işçisi İŞİD-in nəzarəti altında olan bölgədən İraq ordusuna aid helikopter vasitəsilə çıxarılıb.

Almaniya Xaici İşlər Nazirliyinin açıqlamasında görə, işçilər Bağdaddan 200 kilometr şimalda olub. Bu ərazilər isə İŞİD-in nəzarəti altındadır. 50 işçinin həyatını təhlükə altına salmamaq üçün Almaniya hökuməti bu barədə heç bir xəbər vermirdi. İşçilərin azad edilməsi üçün rəsmi Berlin İŞİD-lə danışıqlar aparırdı.

Qeyd edək ki, İŞİD bir müddət əvvəl Türkiyənin Mosuldakı Baş Konsulluğunun diplomatlarını da girov götürmüşdü. Lakin rəsmi Ankaranın müdaxilə nəticəsində terrorçular diplomatları sərbəst buraxmışdı./anspress/