Diyarbəkirdə Türkiyə bayrağının endirilməsi olayı ilə 3 polis rəisi nəzarətə götürülüb.

Diyarbəkir valisi Mustafa Cahit Kıraç 8 iyunda baş verən bayraq olayı ilə bağlı geniş miqyaslı araşdırmaların davam etdiyini bildirib.

"Vilayətin polis idarəsi bayrağın endirilməsi ilə bağlı araşdırmalar aparır və dəlillər toplayır. Vilayətin Polis müdirliyində çalışan 3 polis müdiri nəzarətə götürülüb", - deyə Diyarbəkir valisi bildirib.

Qeyd edək ki, Diyarbəkirdə türk bayrağı hərbi hissələrində birində endirilmişdi. Bu zaman Türkiyə ordusunun əsgər və zabitləri bayrağı endirənlərin az yaşlı olduğunu nəzərə alaraq lazımı addımlar atmamışdılar.

Bu hadisə Türkiyədə böyük səs-küyə səbəb olmuşdu./anspress/