Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbətində rəsmi Kiyevin tezliklə ölkənin cənub-şərqində hərbi əməliyyatları dayandırmasının vacib olduğunu bildirib.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Lavrov həmçinin atəşkəsin şərtlərinin razılaşdırılması, kəskin humanitar problemlərin həlli və Ukraynanın gələcəyi ilə bağlı ümummilli dialoqun da zəruri olduğunu bildirib: "Əsas diqqət bu problemlərin həlli istiqamətində Ukrayna ilə birbaşa dialoqa yönəldilib".

Lavrov və Kerri Suriyadan kimyəvi siahların komponentlərinin daşınmasının başa çatdırılması, eləcə də bu ölkədəki böhranın siyasi yolla həlli istiqamətində səylərin artırılmasını müzakirə ediblər.

Nihad