BAKI, 14 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 2600-dən çox fiziki və hüquqi şəxsin daxil olduğu sanksiyalar siyahısını rəsmi olaraq altı ay müddətinə uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Sənəddə deyilir: "Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü pozan və ya təhdid edənlərə qarşı qadağanedici tədbirləri daha altı ay, 15 sentyabr 2026-cı ilə qədər uzatmaq qərarına gəlib".