BAKI, 14 mart. TELEQRAF

Hörmüz boğazı yalnız ABŞ və İsrail gəmiləri üçün bağlıdır.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Tehran Hörmüz boğazını bağlamayıb, yalnız ABŞ və İsrail tankerlərinin tranzitinə qadağa qoyulub. Hörmüz boğazı açıqdır, yalnız düşmənlərimizə, bizə və müttəfiqlərimizə hücum edənlərə məxsus tankerlər və gəmilər üçün bağlıdır. Başqa hər kəs keçə bilər, amma təbii ki, bir çoxları təhlükəsizlik səbəblərindən keçməməyi üstün tutur", - deyə nazir "MS Now" televiziya kanalına müsahibəsində bildirib .