BAKI, 15 mart. TELEQRAF

İsveçrə Federal Şurası neytrallıq prinsiplərinə sadiq qalaraq, ABŞ-yə iki kəşfiyyat təyyarəsinin öz ərazisi üzərindən uçmasına icazə verməyib.

Teleqraf xəbər verir ki, hökumətdən verilən açıqlamaya görə, uçuşlar İrandakı müharibə ilə əlaqədar olaraq martın 15-də baş tutmalı idi.

"İrandakı müharibə ilə bağlı iki tələb rədd edildi, texniki uçuş üçün bir tələb və nəqliyyat təyyarələrinin üzərindən uçuşlar üçün ikinci tələbə "yox" dedik. 28 fevral 2026-cı ildən bəri Yaxın Şərqdə şiddətli döyüşlər gedir. ABŞ, İsrail və İran arasında müharibə gedir. Ölkəmizin neytrallıq prinsipi bu müharibəyə də aiddir."