BAKI, 14 mart. TELEQRAF

1979-cu il inqilabında devrilmiş İran şahının oğlu İran süqut edəcəyi təqdirdə keçid dövründə ölkəyə rəhbərlik etməyə hazır olduğunu söyləyib.

Teleqraf xəbər verir ki, ABŞ-də yaşayan Rza Pəhləvi sosial media hesabında artıq "keçid sistemi" üzərində işlədiyini qeyd edib.

"Keçid sisteminin müxtəlif şöbələrinə rəhbərlik edəcək bacarıqlı insanlar həm ölkə daxilində, həm də xaricində müəyyən edilib və qiymətləndirilib. Mənim rəhbərliyim altında keçid sistemi İslam Respublikası süqut edən kimi ölkəyə nəzarət etməyə hazır olacaq".