BAKI, 14 mart. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın Şri-Lanka sahillərində IRIS Dena freqatına zərbə endirməsi nəticəsində həlak olan 84 iranlı hərbçinin cəsədləri İrana gətirilib.
Teleqraf xəbər verir ki, İran hökuməti mətbuat xidmətinin açıqlamasında deyilir: "IRIS Dena freqatından 84 dənizçinin cəsədi vətənnə qaytarılıb. Onların vida tarixi tezliklə açıqlanacaq".
Daha əvvəl Şri-Lankanın cənubundakı Qalle əyalətindəki məhkəmə 84 dənizçinin cəsədinin Kolombodakı İran səfirliyinə təhvil verilməsi barədə qərar verib. Daha sonra cəsədlər xüsusi reyslə İslam Respublikasına göndərilib.
Martın 4-də təxminən 130 nəfərlik heyət daşıyan İran freqatı IRIS Dena ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı tərəfindən hücuma məruz qalıb və Şri-Lanka sahillərində batıb. Şri-Lanka Hərbi Dəniz Qüvvələri 32 nəfəri xilas edib. 80-dən çox cəsəd sudan çıxarılıb. Qalan heyət üzvü isə itkin hesab olunur.