BAKI, 14 mart. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Livana hava hücumları nəticəsdində SEPAH-ın daha bir komandirinin öldürüldüyünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Qeyd olunur ki, öldürülən Hişam Əbdül-Kərim Yassin Hizbullahın rabitə bölməsində və SEPAH-ın Fələstin Qüds Qüvvələrində əsas komandirlərdən biri olub.
O, İranın yerli hərbi birləşməsində rabitə bölüyünün komandiri olub.