BAKI, 14 mart. TELEQRAF

Fransa Hərbi Dəniz Qüvvələrinin "Şarl de Qoll" təyyarədaşıyan gəmisi və onun gəmidaşıyan qrupu Aralıq dənizində qalacaq və yalnız müdafiə missiyaları yerinə yetirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi Trampın "Fransa da Hörmüz boğazına hərbi gəmilər göndərmək istəyir" açıqlamasına münasibət olaraq bildirib.

"Xeyr, Fransa təyyarədaşıyan gəmisi və onun qrupu müdafiə məqsədi ilə Şərqi Aralıq dənizində qalır", - deyə Fransa Xarici İşlər Nazirliyinin X hesabında qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl "Truth Social"da bəzi ölkələrin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmək niyyətində olduğunu yazmışdı .