Türkiyə parlamentinə kimin sədrlik edəcəyi bəlli oldu.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, AKP-dən İsmail Kahraman, CHP-dən Gülsün Bilgəhan, MHP-dən Yusuf Halaçoğlu və HDP-den Dəngir Mir Mehmet Fıratın namizəd olduğu Məclis sədri seçkisinin üçüncü turu başaçatıb.

İsmail Kahraman 316, Gülsün Bilgəhan 125, Yusuf Halaçoğlu 40, Dəngir Mir Mehmet Fırat 41 səs alıblar. Nəticədə AKP-nin namizədi, İstanbuldan millətvəkili olan İsmail Kahraman TBMM-nin sədri seçilib.

Nihad