BAKI, 22 avqust. TELEQRAF
Ukraynanın Krım yarmadasının Sevastopol şəhərinə dron hücumu nəticəsində 10 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə qubernator Mixail Razvojayev özünün Telegram kanalında məlumat verib.
"Ümumilikdə 10 nəfər xəsarət alıb. Həkimlər onlara bütün lazımi təcili yardımı göstərirlər", - deyə açıqlamada bildirilir.