BAKI, 22 avqust. TELEQRAF
Qərb sentyabrda keçiriləcək Dövlət Duması seçkilərini pozmağa cəhd edəcək. Lakin bu addımların uğur qazanmaq ehtimalı sıfıra bərabərdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyasının XXIII qurultayının ikinci mərhələsinin plenar iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
“Artıq başlayan və şübhəsiz ki, artacaq bu cəhdləri reallaşmaq perspektivi olmayan addımlar kimi qiymətləndirirəm. Hüquq-mühafizə və təhlükəsizlik xidmətlərimiz bu cəhdlərin ilkin mərhələdə qarşısının alınması üçün hər şeyi edir”, – nazir deyib.